sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Stritliftinq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib
Niderlandda stritliftinq üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Bu barədə "Report"a Bodibildinq və Fitnes Federasiyasından məlumat verilib.
Yarışda baş məşqçi Bəxtiyar Quliyev, məşqçilər Vüsal Mərdanov və Camal Əhmədzadənin rəhbərliyi altında Hikmət Balayev (turnik), Babək Bağırlı (paralel qol) və Zamin Məmmədov (paralel qol və turnik) iştirak edəcəklər.
Qeyd edək ki, stritliftinq üzrə dünya çempionatı bu il iyulun 12-13-də təşkil olunacaq. Yığmanın heyəti Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunmuş strikt körl və stritliftinq üzrə ölkə çempionatında müəyyənləşib.
Oxşar xəbərlər
Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb
Azərbaycanı Albaniyada keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər
Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













