Azərbaycan karateçiləri Tokioda dünya çempionatında iştirak edəcək
Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Mayın 31-dən iyunun 1-nə qədər Yaponiyanın Tokio şəhərində keçiriləcək fullkontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate üzrə millisinin iki üzvü - Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) iştirak edəcəklər.
Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.
Komandaya AKF-in kontakt üslublar üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.
Qeyd edək ki, baş məşqçi Samir Məmmədov və beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcəklər.
Oxşar xəbərlər
Avropa Kubokunda iştirak edəcək Azərbaycan karateçiləri Belçikaya yollanıblar
Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazanıblar
Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər
Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













