"Bornmut" Malik Tillmanı transfer etmək istəyir
İngiltərənin "Bornmut" klubu "Bayer 04"ün (Almaniya) yarımmüdafiəçisi Malik Tillmanı heyətinə qatmaqda maraqlıdır.
"Sizinxeber.az" "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 23 yaşlı amerikalı futbolçunun transferi üçün uyğun təklifləri dəyərləndirməyə hazırdır.
Oyunçunun müqaviləsindəki bəndə əsasən, onun transfer hüquqlarının satın alınması üçün sabiq klubu "Bavariya"ya 35 milyon avro ödənilməlidir. Yarımmüdafiəçi ilə həmçinin Premyer Liqanın digər təmsilçiləri "Fulhem" və "Brentford" klubları da maraqlanır.
Qeyd edək ki, M.Tillman 2025-ci ilin iyulundan "Bayer 04"də çıxış edir. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. Futbolçu 2025/2026 mövsümündə keçirdiyi 38 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı Malik Tillmanın dəyərini 30 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib
"Mançester Yunayted" Ten Kopmeynersin transferi üçün danışıqlara başlayır
İngiltərə klubu "İnter"in müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır
Premyer Liqa klubu "Korintians"ın hücumçusunu transfer etmək istəyir
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
