Azərbaycan millisinin baş məşqçisi: "Avropa Superfinalında əsas məqsəd A divizionuna vəsiqə qazanmaq olacaq"
Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaq olacaq.
Bunu “Report”a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov deyib.
Mütəxəssis B divizionunda püşkatmanın nəticələrini də dəyərləndirib:
“Belçika və Litva milliləri ilə eyni qrupa düşmüşük. Digər qrupda isə Qazaxıstan, Rumıniya, Malta olacaq. Daha əvvəl İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində Belçika yığmasını böyük hesabla məğlub etmişdik. Amma Litvaya uduzmuşduq. Deyərdim ki, normal qrupdur. Ümid edirəm ki, maksimum nəticə ilə qrup birincisi, ən pis halda ikinci yerin sahibi kimi yarımfinala vəsiqə qazanacağıq. Yarımfinalda da digər qrupun ya birincisi, ya da ikincisi ilə qarşılşacağıq. Məqsədimiz A divizionuna vəsiqə qazanmaqdır. Eyni zamanda, hədəfimiz finalda qələbə qazanıb B divizionunun çempionu olmaqdır”.
S.Məmmədov komandada ciddi dəyişiklik edilmədiyini deyib:
“Əlimizdən gələni edəcəyik. Demək olar ki, İspaniyada oynadığımız heyətlə İtaliyaya gedəcəyik. İnanıram ki, komanda həm A divizionuna yüksələcək, həm də Azərbaycana B divizionunun çempionu kimi qayıdacaq”.
Qeyd edək ki, Azərbaycan millisi B divizionunda Litva və Belçika komandaları ilə mübarizə aparacaq. Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.


width="220" alt="Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib" />
width="220" alt="Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />