"Qalatasaray" "Liverpul"la oyundakı hadisəyə görə kompensasiya tələb edəcək
sizinxeber.az xəbər saytı

"Qalatasaray" "Liverpul"la oyundakı hadisəyə görə kompensasiya tələb edəcək


Türkiyənin "Qalatasaray" klubu UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.

"Report" "HT Spor"a istinadən xəbər verir ki, bu, komandanın İngiltərədə "Liverpul"a uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:4) sonra baş verib.

İstanbul təmsilçisinin baş katibi Eray Yazgan Noa Lanqın ağır zədə alması ilə bağlı bu addımı atdıqlarını bildirib:

"Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir".

Xatırladaq ki, Noa Lanq sözügedən qarşılaşmada ağır zədə alıb. Niderlandlı oyunçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.

Oxşar xəbərlər

"Qalatasaray"ın hücumçusu Viktor Osimhenin qolu sınıb
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
UEFA "Qalatasaray"ı cərimələdi
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
UEFA Çempionlar Liqası: “Liverpul” PSJ-dən üstün olub, “Bavariya” “Bayer 04”ü darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər