"Qalatasaray"ın hücumçusu Viktor Osimhenin qolu sınıb
sizinxeber.az xəbər saytı

"Qalatasaray"ın hücumçusu Viktor Osimhenin qolu sınıb


Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhenin qolu sınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

27 yaşlı hücumçu İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.

Nigeriyalı forvardın qoluna gips qoyulub. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək.

Bundan əlavə, "sarı-qırmızılar"ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində əməliyyat olunmalıdır.

Xatırladaq ki, V.Osimhen birinci hissənin sonunda, N.Lanq isə 80-ci dəqiqədə əvəzlənib. Türkiyədə "Liverpul"a 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Oxşar xəbərlər

UEFA "Qalatasaray"ı cərimələdi
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
Viktor Osimhen zədə səbəbindən Avropa Liqasında "Qalatasaray"a kömək edə bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər