"Bavariya"nın futbolçusu Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib
sizinxeber.az xəbər saytı

"Bavariya"nın futbolçusu Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib


Almaniya Futbol İttifaqının (DFB) Nəzarət Komitəsi "Bavariya"nın hücumçusu Nikolas Ceksonu Bundesliqanın XXVI turunda "Bayer 04"ə qarşı keçirilən oyununda (1:1) aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya edib.

"Report" xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu görüşün 41-ci dəqiqəsində rəqib komandanın vingeri Marten Terryenin topuğuna zərbə endirib.

Bu səbəbdən hakim ona birbaşa qırmızı vərəqə göstərib.

Beləliklə, Cekson Bundesliqada "Union"a qarşı martın 21-də və "Frayburq"la aprelin 4-də keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, o, cari mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

"Bavariya"nın üzvü Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib
"Çelsi"nin hücumçusu klublararası dünya çempionatında 2 oyunluq diskvalifikasiya edilib
"Çelsi"nin hücumçusu İngiltərənin başqa klubuna keçə bilər
AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib
AFFA iki futbolçunu 4, bir məşqçini 5 oyunluq cəzalandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər