Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
sizinxeber.az xəbər saytı

Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"


"Qarabağ" və "Ferentsvaroş" komandalarının gücü bərabərdir.

"Sizinxeber.az"un məlumatına görə, bunu Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis Azərbaycan çempionuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.

"İki komandanın gücü demək olar ki, bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub
"Qarabağ"ın oyununa təyinat alan hakim daha əvvəl "Neftçi"nin matçını idarə edib
UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la oyunlar bizim üçün məyusedici ola bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər