"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb


İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.

"Sizinxeber.az" "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın I turda evdə "Arsenal"a uduzması ilə reallaşıb.

Mütəxəssis "qırmızı şeytanlar"da 15-ci məğlubiyyətini (7 qələbə, 6 heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalarda 2009-cu ildən bəri ən pis nəticədir.

2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.

Oxşar xəbərlər

İngiltərə klubunun baş məşqçisi antirekorda imza atıb
Qvardiola antirekorda imza atıb
"Mançester Yunayted"in baş məşqçisi antirekordla yadda qalıb
Erlinq Holann Premyer Liqada yeni rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər