Qvardiola antirekorda imza atıb
sizinxeber.az xəbər saytı

Qvardiola antirekorda imza atıb


İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola karyerasında antirekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin rəhbəri olduğu komanda ilk dəfə mövsüm ərzində 4 matçda ən azı 4 qol buraxıb.

Bu, İngiltərə Premyer Liqasının XXIV turunda "Arsenal"la matçda reallaşıb. Görüş "topçular"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl "Bavariya" və "Barselona"nı çalışdırmış X.Qvardiolanın baş məşqçisi olduğu Mançester təmsilçisi cari mövsümdə PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq" (1:4) ilə matçlarda da 4 qol buraxmışdı.

Oxşar xəbərlər

“Mançester Siti” 2021-ci ilin avqustundan bəri ilk dəfə ardıcıl üç oyunda uduzub
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
"Mançester Siti" Çempionlar Liqasında tarixi rekorda imza atıb
Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər