"Qarabağ"ın UEFA turnirlərində final və yarımfinalda oynayan tanış rəqibi - TANITMA
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan təmsilçisi "Ferentsvaroş" 1899-cu ildə yaradılıb.
"Report"un məlumatına görə, klub həmin vaxt Ferenst Şpringer və bir qrup yerli sakin tərəfindən təsis edilib.
Komanda 36 dəfə Macarıstan çempionatının, 24 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub. Klub ev oyunlarını 23 700 azarkeş tutumuna malik "Ferentsvaroş" stadionunda keçirir. "Ağ-yaşıllar"ın prezidenti Qabor Kubatov, hazırkı baş məşqçisi isə İrlandiya millisinin məşhur sabiq hücumçusu Robbi Kindir.
"Ferenstvaroş" azarkeşləri ilə də məşhurdur. Fanatlar müxtəlif vaxtlarda avrokubok və yerli matçlarda etdiklərinə görə klubun cərimələnməsinə səbəb olublar.
Macarıstan təmsilçisi ötən əsrdə UEFA turnirlərdə uğurlu çıxış edib. Klub 1971/1972 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) yarımfinaladək yüksəlməyi bacarıb. "Ferentsvaroş" 1974/1975 mövsümündə UEFA Kuboklar Kubokunda final oynayıb. Komanda həmin vaxt həlledici görüşdə Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə 3 cavabsız qolla uduzub.
"Qarabağ"ın sabiq futbolçusu Julio Romao və İngiltərənin "Liverpul" klubu ilə titullar qazanmış Nabi Keyta bu komandada çıxış edir. Braziliyalı Kadi Borges məhz "ağ-yaşıllar"dan "köhlən atlar"a qayıdıb.
"Qarabağ"ın tarixində ikinci dəfə bu rəqiblə yolları kəsişəcək. Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin “Qarabağ” səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb.
Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək. Azərbaycan çempionu əvvəlki raundda Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
"Sabah"ın bir əsrdən çox yaşı olan rəqibi: "Levski" ikinci dəfə Bakıya gələcək - TANITMA
Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub
Avropa Liqası: "Zirə"nin 21 dəfə ölkə çempionu olan rəqibi - "Qarabağ"la bacara bilməyən "Şerif" - TANITMA
UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir

