“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-si və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də keçiriləcək.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəlib
"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib
UEFA Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bu gün müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər