Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib
sizinxeber.az xəbər saytı

Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib


Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun yarımmüdafiəçisi Yens Kastrop vətəndaşlığını dəyişərək Cənubi Koreya yığmasında oynamağa qərar verib.

"Report" FIFA-nın saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Düsseldorf şəhərində anadan olub, atası alman, anası isə cənubi koreyalıdır.

O, daha əvvəl Almaniyanın gənclərdən ibarət yığmasında 4 oyun keçirib. Bu yay "Borussiya" ilə müqavilə imzalayan futbolçu əvvəllər "Nürnberq" və "Köln" klublarında çıxış edib.

Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər

Cənubi Koreya məhkəməsi Prezidentin həbsinə qərar verib
"Karvan" almaniyalı futbolçu ilə anlaşıb
"Borussiya" klubu futbolçusunu icarəyə verib
İngiltərə klubu Bundesliqa təmsilçisindən futbolçu transfer edib
KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər