PSJ Ukrayna millisinin müdafiəçisini transfer etdiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

PSJ Ukrayna millisinin müdafiəçisini transfer etdiyini açıqlayıb


Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu İngiltərənin "Bornmut" klubundan transfer olunub. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Mətbuatın yazdığına görə, PSJ bu keçidi 63 milyon avroya həll edib. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu "Dinamo"ya (Kiyev) 22,7 milyon avro ödəyib.

Oxşar xəbərlər

Fransa klubu Niderland millisinin üzvünü transfer edib
KİV: PSJ ukraynalı futbolçunu transfer edib
Premyer Liqa klubu "Barselona"nın futbolçusunu transfer edib
Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib
Bundesliqa klubu Niderland millisinin qapıçısını transfer etdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər