"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər


İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Rasmus Heylunn İtaliyaya qayıda bilər.

"Sizinxeber.az"un "Calciomercato"ya istinadən məlumatına görə, "Milan" 22 yaşlı danimarkalının xidmətlərində maraqlıdır.

Milan təmsilçisi 4 milyon avro məbləğindəki məvacibini ödəməyə razılaşarsa, İngiltərə klubunun hücumçunu 6 milyon avro qarşılığında icarəyə verməyə hazır olduğu bildirilib. Sövdələşməyə həmçinin futbolçunun transfer hüquqlarını satın almaq seçimi də daxil edilə bilər. Mançester komandasının oyunçunu 40 milyon avro qarşılığında buraxacağı da qeyd olunub.

Qeyd edək ki, R.Heylunn Premyer Liqa təmsilçisinə 2023-cü ilin yayında "Atalanta"dan (İtaliya) keçib. Ötən mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 52 matçda meydana çıxan ön xətt oyunçusu 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Mançester Yunayted"in hücumçusu ilə A Seriyası klubları maraqlanır
"Mançester Yunayted" Portuqaliya klubunun futbolçusunu transfer etmək istəyir
"Mançester Yunayted"in hücumçusu Fransa klubuna transfer oluna bilər
"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer edəcək
"Aston Villa"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər