Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb
sizinxeber.az xəbər saytı

Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb


İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları yaranıb. Bu səbəbdən o, bazar günü "Komo" (İtaliya) ilə keçiriləcək "Joan Gamper" Kubokunun ("Barcelona" tərəfindən hər il təşkil olunan yoldaşlıq turniri) final oyununu buraxacaq.

Qeyd edək ki, "Barselona" La Liqada 2025/2026 mövsümünün ilk oyununda "Malyorka" ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Barselona" Levandovski ilə müqavilə müddətini artıra bilər
Levandovski "İnter"lə cavab matçı üçün heyətə daxil edilib
"Barselona"nın iki futbolçusu zədələnib
Robert Levandovski keçmiş agentini məhkəməyə verib
"Barselona"nın futbolçusu zədələnərək sıradan çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər