İrlandiya klubunun baş məşqçisi: "Qarabağ"la matçın ilk hissəsində hesabın açılmasını istəmirdik"
sizinxeber.az xəbər saytı

İrlandiya klubunun baş məşqçisi: "Qarabağ"la matçın ilk hissəsində hesabın açılmasını istəmirdik"


"Şelburn" komandası "Qarabağ"la oyunun ilk hissəsində hesabın açılmasını istəməyib.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Şelburn"un (İrlandiya) baş məşqçisi Coy O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını söyləyib:

"İlk oyunda da müdafiəyə üstünlük verirdik. İlk yarıda hesabın açılmasını istəmirdik. "Qarabağ" həqiqətən güclü komandadır. Avrokuboklarda Liqa mərhələlərində oynamağa layiqdirlər. İlk matçda səhvlərdən qollar buraxdıq. Cavab görüşündə ilk hissənin sonlarında buraxdığımız qol planlarımıza mane oldu. Bakıdakı görüşə yaxşı hazırlaşmışdıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Şelburn"un futbolçusu: "Qarabağ"a qalib gələcəyimizə inanırıq"
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"
UEFA Çempionlar Liqası: "Qarabağ" İrlandiya klubu ilə cavab matçına çıxacaq
“Qarabağ”ın rəqibi Bakıya bu gün çarter reysi ilə gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər