AFFA Məşqçilər Komitəsi üzvlərinin avqustdan bölgələrə səfərləri planlaşdırılıb
sizinxeber.az xəbər saytı

AFFA Məşqçilər Komitəsi üzvlərinin avqustdan bölgələrə səfərləri planlaşdırılıb


AFFA Məşqçilər Komitəsi (MK) üzvlərinin gələn aydan etibarən bölgələrə səfərləri planlaşdırılıb.

Bu barədə “Sizinxeber.az”a MK-nın sədri Vaqif Sadıqov məlumat verib.

AFFA rəsmisi uşaq futbolunun inkişafı məqsədi ilə belə addımlar atılacağını deyib:

“Aşağı liqalardan yuxarıya qədər hansı islahatların aparılmalı olduğunu təhlil etmişik. Gələn aydan Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb. Rəhbərliyin verdiyi tapşırıqları həyata keçirmək üçün dolğun məlumatlar əldə edəcəyik. Bunları təkmilləşdirmək üçün üzərində daim işləyirik. İstəyirik ki, futbolumuz bundan bəhrələnsin və inkişaf etsin”.

Oxşar xəbərlər

AFFA Məşqçilər Komitəsinin üzvləri Ayxan Abbasovla görüşüblər
AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək
Məşqçilər Komitəsi AFFA-ya hesabat təqdim edib
Əsgər Abdullayev: “AFFA Məşqçilər Komitəsinə gələnə qədər başqa klublardan təklif almamışdım"
AFFA Məşqçilər Komitəsinə yeni üzv seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle