Karyerasını bitirmiş məşhur futbolçu Rusiya klubu ilə razılığa gəlib
Portuqaliya millisinin sabiq vingeri, artıq peşəkar futbolçu karyerasını bitirmiş Rikardu Kuarejma Rusiyada müxtəlif sahələr üzrə məşhur simaların iştirak etdiyi Medialiqada çıxış edə bilər.
"Report" “Mash on Sport”a istinadən xəbər verir ki, 41 yaşlı oyunçu "SindEkat" komandası ilə razılığa gəlib.
Keçmiş futbolçu ailəsinin də Rusiyada yaşamasına şərait yaradılmasını istəyib.
Daha əvvəl Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin də Rusiya Media Liqasında iştirak edən komandalardan biri ilə müqavilə imzaladığı bildirilmişdi.
Qeyd edək ki, R.Kuarejma 2022-ci ildə karyerasını bitirib. O, portuqaliya millisinin heyətində meydana çıxdığı 80 matçda 10 qola imza atıb və 2016-cı ildə Avropa çempionu adını qazanıb.
Oxşar xəbərlər
Dani Alveş Rusiya klubu ilə müqavilə imzalayıb
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Portuqaliya millisinin üzvü karyerasını başa vurub
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













