“Araz-Naxçıvan” Türkiyədə növbəti matçını keçirib
Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını keçirib.
“Sizinxeber.az” xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə nəticələnib.
"Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq.
Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və 14:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək
"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyə klubu ilə oyunda bütün futbolçular istəkli idi"
"Araz-Naxçıvan"ın Türkiyədə yoldaşlıq matçı keçirəcəyi rəqiblər müəyyənləşib
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi qapıçı transfer edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













