"Neftçi"nin baş məşqçisi: "Çempionlar Liqasındakı oyunumuz İsrail klubunun UEFA-ya müraciəti əsasında Albaniyada olacaq"
"Neftçi"nin qadınlardan ibarət komandasının Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu İsrail klubunun UEFA-ya müraciəti əsasında Albaniyanın paytaxtı Tiranada baş tutacaq.
Bunu "Sizinxeber.az"a Bakı təmsilçisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
“Bildiyiniz kimi, qrupumuzda İsrail komandası da var. Onlar Türkiyədə oynamamaq üçün UEFA-ya yazılı şəkildə müraciət etdilər. Qurum da oyunların keçirilmə yerini Albaniyaya dəyişdirdi. Düşünürdük və gözləyirdik ki, oyunlar Azərbaycanda keçiriləcək. Lakin UEFA görüşlərin neytral meydanda təşkilinə qərar verdi. Halbuki Türkiyə qəbul etmək istəyirdi. Həmçinin düşünmürəm ki, biz bu oyunları təşkil edə bilməzdik. Azərbaycanda bundan da ağır turnirlər keçirilib. Bu, UEFA-nın qərarı idi”, - mütəxəssis bildirib.
S.Əsgərov Albaniyada şərtlərin komandalar üçün eyni olacağını vurğulayıb:
“Oyunlar Azərbaycanda keçirilsəydi, düşünürəm ki, komandamıza faydası toxunardı. İndi isə bizimlə yanaşı, rəqiblər üçün də fərqli stadion olacaq. Nə “Fomget”, nə də “Kiryat” üstün tərəf sayılacaq. Azarkeşlər də hamı üçün neytral olacaq”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"
Çempionlar Liqası: "Neftçi"nin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib
"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
UEFA Çempionlar Liqası: "Neftçi" ilk oyununda məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












