"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"
sizinxeber.az xəbər saytı

"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"


"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı hələlik dəqiqləşməyib.

Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.

O, matçların Türkiyənin paytaxtı Ankarada baş tutmaq ehtimalı ilə bağlı danışıb:

"Qarşılaşmaların Ankarada olacağı gözlənilir. Amma dəqiq bir şey yoxdur. Rəqibdən aldığımız məlumata görə, İsrail klubunun rəhbərliyi orada oynamaq və Türkiyəyə getmək istəmədiklərini söyləyiblər. Qarşılaşmanın harada baş tutacacağı məsələsi açıq qalır. Yer dəqiqləşəndən sonra planlarımız da bilinəcək".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyənin "Fomget" klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.

IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək. I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də reallaşacaq.

Oxşar xəbərlər

"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
"Neftçi"nin qadınlardan ibarət komandası bu gün Gürcüstan təmsilçisi ilə qarşılaşacaq
"Neftçi"nin qadınlardan ibarət komandası ikinci oyunda da məğlub olub
UEFA Çempionlar Liqası: "Neftçi" ilk oyununda məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər