Çempionlar Liqası: "Neftçi"nin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib
"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı dəqiqləşib.
"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın Türkiyə təmsilçisi "Fomget"lə turnirin I təsnifat mərhələsinə təsadüf edəcək matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Görüş iyulun 30-da "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"
"Neftçi" Azərbaycan millisinin ölkə xaricində çıxış edən futbolçuları ilə danışıq aparır
"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
Çempionlar Liqası: "Sabah"ın təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşib
"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












