"Neftçi" Azərbaycan millisinin ölkə xaricində çıxış edən futbolçuları ilə danışıq aparır
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası Türkiyə klublarında çıxış edən Azərbaycan millisinin bir neçə üzvü ilə danışıqlar aparır.
Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
O, Çempionlar Liqasının I təsnifat mərhələsində Türkiyə təmsilçisi "Fomget"ə qarşı keçirəcəkləri oyundan əvvəl heyəti gücləndirmək istədiklərini bildirib:
"Boşluqlarımız var. Rəqib son bir həftədə 10-a yaxın futbolçu transfer edib. Aldıqları oyunçuların keyfiyyəti çox yüksəkdir. Bir neçəsi qadın futbolunda söz sahibi olan ölkələrin millilərində çıxış edirlər. Biz də boşluqları maksimum doldurmağa çalışacağıq. Milli komandamızın Türkiyədə forma geyinən bir neçə oyunçusu var. Bəzilərinin müqavilələrinin müddəti bitir. Onlarla da danışıq aparırıq. Başqa klublardan da təkliflər alıblar. Hələlik gözləmə mövqeyindəyik. Çempionlar Liqasına yaxşı hazırlaşmaq istəyirik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyənin "Fomget" klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.
IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək. I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də reallaşacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq
"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq"
"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












