Sloveniya klubunun futbolçusu: "Həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la oyuna hazırıq"
sizinxeber.az xəbər saytı

Sloveniya klubunun futbolçusu: "Həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la oyuna hazırıq"


Sloveniyanın "Sele" komandası həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la matça hazırdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu rəqibin futbolçusu Mark Zabukovnik "Sabah"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.

O, qələbə qazanmağa çalışacaqlarını söyləyib:

"Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq. Həmçinin də qarşıdakı oyunlara. Komandada ab-hava yaxşıdır. Oyuna tam hazır olduğumuzu düşünürəm. Bir-birimizi yaxşı tanıyırıq. Qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab matçı iyulun 17-də keçiriləcək.

Oxşar xəbərlər

Sloveniya klubunun futbolçusu: "Həm fiziki həm də taktiki baxımdan yeni mövsümə hazırıq"
"Sele"nin baş məşqçisi: "Sabah" haqqında kifayət qədər məlumatımız var"
"Ayaks"ın futbolçusu: "Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır"
Avropa Liqası: “Sabah” – “Sele” qarşılaşmasının biletləri satışa çıxarılıb
Avropa Liqası: "Sabah"ın oyununa 5000 bilet satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər