Almaniya Türkiyənin cənub-şərqində "Patriot" sistemi yerləşdirəcək
sizinxeber.az xəbər saytı

Almaniya Türkiyənin cənub-şərqində "Patriot" sistemi yerləşdirəcək


Almaniya Türkiyənin cənub-şərqində “Patriot” zenit-raket kompleksləri yerləşdirəcək.

Bu barədə “Berliner Zeitung” Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “Patriot” hava hücumundan müdafiə sistemi və Bundesverin təxminən 150 hərbçisi iyunun sonundan sentyabr ayınadək Türkiyədə dislokasiya olunacaq. Qeyd olunub ki, bu addım İrandakı vəziyyətlə əlaqədardır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu açıqlamışdı.

Oxşar xəbərlər

Almaniya Ukraynaya bir neçə "Patriot" batareyası verəcək
Almaniya kansleri: "Patriot" sistemləri yaxın həftələrdə Ukraynaya təhvil veriləcək
Almaniya Ukrayna üçün "Patriot" raketlərinin alınmasını maliyyələşdirəcək
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq
Almaniya "Patriot" sistemləri üçün ilk yerli istehsal raketlərini 2026-cı ildə əldə edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər