Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub
sizinxeber.az xəbər saytı

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub


Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.

"Report" xəbər verir ki, XX turun və mövsümün bağlanış matçında "Neftçi" İdman Klubunu 5:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub.

Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub. Eyni xala malik "Neftçi" İK isə əlavə göstəricilərə görə mövsümü Naxçıvan kollektivinin ardından ikinci bitirib.

Daha əvvəl "Baku Fire" çempionatın bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın Yüksək Liqada 20-ci çempionluğu olub.

Oxşar xəbərlər

Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire" klubunu məğlub edib
Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire"ı məğlub edib
Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib
Futzal üzrə Azərbaycan Yüksək Liqası: Gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib
Futzal üzrə Yüksək Liqa: XV turun oyunları keçirilib, 1 matç baş tutmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər