“Tasnim”: ABŞ İran neftinə sanksiyaların dayandırılmasına razılaşıb
ABŞ yeni təkliflər paketində danışıqlar dövründə İranın neft sektoruna tətbiq olunan sanksiyaların müvəqqəti olaraq dayandırılmasına razılaşıb.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın danışıqlar heyətinə yaxın mənbə “Tasnim” agentliyinə bildirib.
Məlumata görə, İran sanksiyaların hamısının ləğvini Vaşinqtonun öhdəlikləri arasında görür, ABŞ isə müvəqqəti güzəştin yalnız yekun anlaşma əldə edilənədək qüvvədə olmasını təklif edir.
Bildirilib ki, tərəflərin təkliflərinin mətnləri arasında hələ də əsaslı fikir ayrılıqları qalır və “bu fərqlərin ABŞ-ın maksimalist mövqeyi və real vəziyyəti nəzərə almaması ilə bağlı olduğu” qeyd edilir.
Agentliyin xəbərinə görə, dondurulmuş İran vəsaitlərinin qaytarılması iki tərəf arasında ən mühüm mübahisə mövzularından biridir.
Mənbə həmçinin ABŞ tərəfindən müharibə təzminatının ödənilməsi və bu təzminatın məbləği ilə bağlı fikir ayrılıqlarının da davam etdiyini bildirib.
Qeyd olunub ki, ABŞ tərəfi müharibənin dayandırılması ilə bağlı danışıqları nüvə məsələsinə bağlamağa çalışır. İran isə bu şərtlə, yəni müharibənin nüvə öhdəlikləri müqabilində dayandırılması ilə razılaşmayacağını bildirir.
Oxşar xəbərlər
İran və ABŞ nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını müzakirə edir
KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır
Araqçi: “Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək
İran 5 ərəb ölkəsindən kompensasiya tələb edib
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
