Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
fev
2025
13:00
0
0
1 794
ff

Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir

08 fev, 2025
13:00
1 794

Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Luis Nazario Karlo Ançelottini yığmada baş məşqçi postuna gətirmək istəyir.

"Report" "Relevo" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə italiyalı mütəxəssisi ölkəsinə dəvət edəcək.

O, 2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.

Tərəflər hələlik mümkün əməkdaşlığı müzakirə etməyiblər. Ronaldo 65 yaşlı baş məşqçini İspaniyanın "Real" klubundan uzaqlaşdırmaq istəmir. Madrid təmsilçisi Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq.

Qeyd edək ki, mütəxəssisin "kral klubu" ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

×
×