Ronaldo Ançelottinin Braziliya yığmasına baş məşqçi təyin olunmasına münasibət bildirib
Braziliya millisinin sabiq hücumçusu Ronaldo Nazario Karlo Ançelottinin yığmaya baş məşqçi təyin olunmasına münasibət bildirib.
"Report" ESPN-ə istinadən xəbər verir ki, dünya çempionu bu təyinatdan razılığını ifadə edib.
"Düşünürəm ki, Ançelottinin gəlişi çox müsbət olacaq. Mən onu yaxşı tanıyıram. O, əla komanda adamıdır, oyunçuların rəğbətini və etimadını necə qazanmağı bilir. Məncə, məşqçi futbolçulara daha yaxın olmağı, inam qazanmağı, onlara nə vaxt təzyiq edib, nə vaxt buraxmağı başa düşməlidir. O, komandanın ata fiquru olan Skolarini çox xatırladır. Skolarinin məşqləri darıxdırıcı idi, lakin hər kəs əlindən gələni edirdi - onun üçün, komanda üçün”, - R.Nazario vurğulayıb.
Qeyd edək ki, K.Ançelotti mayın 12-dən Braziliya millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna kimi nəzərdə tutulub.
Oxşar xəbərlər
Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir
Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub
Braziliya millisində 60 ildən sonra ilk yaşanıb
Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib - YENİLƏNİB
Braziliya yığması Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
