Almaniya Türkiyənin cənub-şərqində "Patriot" kompleksi yerləşdirəcək
sizinxeber.az xəbər saytı

Almaniya Türkiyənin cənub-şərqində "Patriot" kompleksi yerləşdirəcək


Yaxın Şərqdə gərginlik fonunda Bundesver Türkiyənin cənub-şərqində "Patriot" zenit-raket kompleksi (ZRK) yerləşdirəcək.

"Report" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Plana əsasən, "Patriot" ZRK və Almaniyanın Xuzum şəhərindən (Şlezviq-Holşteyn federal əyaləti) olan 150-yə yaxın hərbçi iyunun sonundan sentyabradək Türkiyəyə dislokasiya olunacaq. Onlar orada ABŞ ordusunun bölməsini əvəz edəcəklər.

"Almaniya NATO çərçivəsində öz üzərinə daha çox məsuliyyət götürür. Biz bunu şərq cinahında, Uzaq Şimalda və indi də Alyansın Türkiyədəki cənub-şərq cinahında edirik", - ölkənin müdafiə naziri Boris Pistorius bildirib.

Qeyd edək ki, sonuncu dəfə Bundesverin "Patriot"ları Türkiyədə 2013-cü ildən 2015-ci ilədək NATO-nun "Active Fence" missiyası çərçivəsində Kahramanmaraş şəhəri ərazisində, Suriya sərhədindən təxminən 120 km aralıda yerləşdirilib.

Oxşar xəbərlər

Almaniya Türkiyənin cənub-şərqində "Patriot" sistemi yerləşdirəcək
Almaniya iki “Patriot” sistemini Ukraynaya verməyə hazırdır
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
Almaniyalı nazir: Ukrayna sərhədində Patriot ZRK və hərbçilər yerləşdiriləcək
NATO Adanada əlavə "Patriot" zenit-raket kompleksi yerləşdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər