Braziliya millisində 60 ildən sonra ilk yaşanıb
sizinxeber.az xəbər saytı

Braziliya millisində 60 ildən sonra ilk yaşanıb


Futbol üzrə Braziliya millisinə 1965-ci ildən sonra ilk dəfə əcnəbi baş məşqçi rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bu gün yığmanın "sükanı arxası"na gətirilən italiyalı Karlo Ançelotti 60 ildən sonra "sambaçılar"ı çalışdıran ilk əcnəbi mütəxəssis olacaq.

Sonuncu dəfə millini əcnəbilərdən argentinalı Filpo Nunes çalışdırıb.

Qeyd edək ki, bu, Ançelottinin də ilk yığma komanda sınağı olacaq. 65 yaşlı baş məşqçi Braziliya seçməsini 2026-cı il dünya çempionatına hazırlayacaq. O, seçmə mərhələdə Ekvador (6 iyun) və Paraqvaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millini meydana çıxaracaq.

Oxşar xəbərlər

Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib - YENİLƏNİB
Braziliya millisində baş məşqçi postuna üç əsas namizəd açıqlanıb
Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir
DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar
Argentinaya məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi istefaya göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər