Azərbaycanın cüdoçuları Şimali Makedoniyada Avropa çempionatında iştirak edəcəklər
Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa çempionatında iştirak edəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, qitə birinciliyində ölkəmizi ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi yarışlarda təmsil edəcək.
Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oğlanlarlar arasında Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Səid Hüseynov (90 kq) və Sübhan Axundov (90 kq+) fəxri kürsüyə yüksəlməyə çalışacaqlar.
Qarışıq komanda yarışında Abdullah Rəhmətov (81 kq), Tunar Fərzəliyev (90 kq+), qızların mübarizəsində Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış iyunun 26-dan 29-dək davam edəcək.
Oxşar xəbərlər
Gimnaziadada iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada Avropa Kubokunda iştirak edəcəklər
Avropa çempionatında iştirak edəcək Azərbaycanın gənc cüdoçuları bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











