Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb


Azərbaycanın 8 boksçusu Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, finalda mübarizə aparan 11 boksçudan 3-ü uduzaraq gümüş medalla kifayətlənib.

Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar. 

Qeyd edək ki, daha öncə yarımfinalda məğlub olan Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.

Oxşar xəbərlər

Belqradda qızıl medal qazanan Azərbaycan boksçusu: “Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi”
Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib
Daha bir Azərbaycan boksçusu Gimnaziadada qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər