Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsi start götürüb
Qəbələ-Xankəndi ultramarafonununun sonuncu - dördüncü mərhələsi start götürüb.
"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sonlanacaq.
Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.
İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdama (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Qəbələ - Xankəndi ultramarafonu başlayıb
"Qəbələ - Xankəndi Ultramarafonu" başlayıb
Azərbaycan Basketbol Liqası: Müntəzəm mövsümdə sonuncu tura start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
