Azərbaycan ilk dəfə UFC turnirinə ev sahibliyi edəcək
İyunun 21-də Bakı Kristal Zalında “UFC Fight Night” baş tutacaq.
“Sizinxeber.az” xəbər verir ki, Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.
Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında UFC yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri Jr. üz-üzə gələcəklər.
UFC Fight Night™: Hill vs. Roundtree Jr. tədbiri üçün biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq. “UFC Fight Club” üzvləri üçün erkən satış 23 aprel, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 apreldə başlayacaq.
Məlumata görə, UFC prezidenti və baş icraçı direktoru Dana Uayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. İmzalanma mərasimi UFC 314: Volkanovski – Lopes döyüşündən öncə, Mayami şəhərində keçirilib.
Dana Uayt əməkdaşlıqla bağlı fikrini bölüşüb:
“Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük tarixə malikdir. Bizim bu regiondan çıxan çox sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda təşkili təsadüfi deyil. 21 iyunda Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm”.
Gənclər və idman naziri Fərid Qayıbovun məsələyə reaksiyası isə belə olub:
"UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev Azərbaycanın təşkilatçılıq təcrübəsini vurğulayıb:
"Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC-nin döyüş növlərinin bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik".
Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ) UFC-də 2025-ci ildə ikinci döyüşünə çıxacaq. O, “Dana White’s Contender Series” vasitəsilə UFC çempionluğuna gedən ilk idmançıdır. Hill bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək reytinqdə irəliləməyi hədəfləyib.
Xəlil Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 nəticəsiz; ABŞ) isə sonuncu dəfə UFC 307-də Aleks Pereyra ilə qarşılaşıb. Bu döyüş “Gecənin Döyüşü” seçilmişdi. Raundtri Jr. 13 qələbəsindən 9-nu nokautla qazanıb.
Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq üçün mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki üzrə reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır.
Ağır çəki üzrə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC -də debüt edəcək Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır.
Digər döyüşlər aşağıdakılardır:
- İsmayıl Naurdiyev (Mərakeş) – Çunyonq Park (Cənubi Koreya) – orta çəki
- Hamdi Abdelvahab (ABŞ–Misir) – Məhəmməd Usman (ABŞ) – ağır çəki
- İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa) – bantam çəki
- Darya Jeleznyakova (Fransa–Rusiya) – Melisa Mallins (İngiltərə) – bantam çəki.


width="220" alt="UFC ilk dəfə Azərbaycanda keçiriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />