Azərbaycan boks yığmasının baş məşqçisi: "Hədəfimiz dünya çempionatında uğurlu çıxış etməkdir"
Əsas hədəfimiz dünya çempionatında uğurlu çıxış etməkdir.
Bu sözləri "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın qadın boksçulardan ibarət millisinin yeni baş məşqçisi İlkin Ağayev deyib.
O, təyinatı ilə bağlı fikirlərini bölüşüb:
"Mənə güvənən hər kəsə təşəkkürümü bildirirəm. Etimadı doğrultmağa çalışacağam. Federasiya qarşımıza qadın boksunun inkişaf etdirilməsini məqsəd qoyub. Biz də hər bir idmançını xüsusi diqqətdə saxlayırıq. Bu ilin martında qadın boksçular arasında dünya çempionatı baş tutacaq. Hazırda yığma həmin yarışa hazırlığı davam etdirir. İlk olaraq Şəkidə fiziki məşqlər keçirildi. Ardınca Serbiyada beynəlxalq turnirə qatıldıq. Həmin yarışda boksçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Əsas hədəfimiz dünya çempionatında uğurlu çıxış etməkdir".
Oxşar xəbərlər
Azərbaycanın qadın boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib
Baş katib: "Fiqurlu konkisürənimizin dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik"
Baş katib: "Fiqurlu konkisürənimizin dünya çempionatında da uğurlu olacağına ümid edirik"
Azərbaycanın akrobatika gimnastikası millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Azərbaycan cüdoçusu: Çalışacağam ki, dünya çempionatında qızıl medal qazanım
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













