Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində üç mükafat əldə ediblər.
"Sizinxeber.az"un məlumatına görə, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komanda 1 qızıl, iki bürünc medal qazanıb.
Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.
Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.
Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
