Azərbaycan Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib


Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün iki günlük seminar keçirib.

"Sizinxeber.az" xəbər verir ki, “AHF Arena”da təşkil olunan tədbirdə ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.

AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasanın iş planı barədə danışaraq yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb.

Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdə “Kür” komandasının baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.

Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər

AHF rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb
Həndbol üzrə Azərbaycan çempionatının başlayacağı tarix bəlli olub
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər