İnsident törədən idmançılar federasiyadan kənarlaşdırılıblar
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisə ilə bağlı qərarlar verib.
"Report"un məlumatına görə, I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.
Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.
Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib
Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.
Qeyd edək ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Bu gün onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olunub - YENİLƏNİB
Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib
Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb
İdmançıların hücum etdiyi DSX mayoru: "Ramal Aslanov öz dəstəsi ilə iki dəfə evimə hücum çəkib"
AMADA Azərbaycan Kikboksinq Federasiyası üçün seminar təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

