Maqnus Karlsen dünya çempionatından kənarlaşdırılıb
sizinxeber.az xəbər saytı

Maqnus Karlsen dünya çempionatından kənarlaşdırılıb


Norveçli şahmatçı Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.

"Sizinxeber.az"un məlumatına görə, 34 yaşlı qrossmeyster geyim qaydalarına əməl etmədiyi üçün yarışdan qovulub.

Hakimlər Karlsenin cins şalvarının tədbirin statusuna uyğun olmadığını hesab ediblər.

Qaydalara əsasən, o, geyimini dəyişməli və cərimə ödəməli idi. Amma şahmatçı buna əməl etməyib və baş hakim Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Karlsen açıqlamasında blits yarışında iştirak etməyəcəyini bildirib. Daha əvvəl FIDE bayrağı altında çıxış edən Yan Nepomnyaşi geyim qaydalarını pozduğu üçün cərimələnib. O, daha sonra idman ayaqqabısını dəyişdiyi üçün turnirdən qovulmayıb.

Oxşar xəbərlər

Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub
“Vüqar Həşimov Memorialı”nda iştirak üçün Maqnus Karlsenə dəvət göndərilib
FIDE Karlsenlə Polqarı bütün zamanların ən yaxşı şahmatçıları kimi tanıyıb
Şuşada keçirilən Memorialın qalibi: "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"
FIDE reytinqi: Şəhriyar Məmmədyarov beş pillə irəliləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər