sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.
“Sizinxeber.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi baş tutub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və atletin yaxınları iştirak ediblər.
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.
Oxşar xəbərlər
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Dünya çempionatında 3-cü yeri tutan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb
U-23 dünya çempionatının qızıl medalçısı Jalə Əliyeva Vətənə qayıdıb
Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













