Naxçıvanda muxtar respublika çempionatı və birinciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində karate üzrə muxtar respublika çempionatı və birinciliyi keçirilib.
“Report” xəbər verir ki, yarışa müxtəlif bölmə və klublardan ümumilikdə, 100-ə yaxın oğlan və qız karateçi qatılıb. İdmançılar 7 yaş qrupunda müxtəlif çəki kateqoriyaları üzrə mübarizə aparıblar.
Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idman siyasətinin uğurla icrasından və bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Əlavə edib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən, muxtar respublikada da köklü ənənələrə malik idman növlərindən biri kimi karatenin inkişafı diqqət mərkəzindədir.
Naxçıvanın mövcud idman mühitindəki əlverişli imkanlardan bəhs edən AKF-nin baş katibi Qabil Sayadov regiondakı perspektivləri, burada yaradılan şəraiti və göstərilən qayğını karate adına yüksək qiymətləndirildiyini ifadə edib, birgə əməkdaşlığın bəhrələrindən, xüsusən də, davamlı olaraq təşkil olunan seminarlardan, idman yarışlarından, karateçilərin artmaqda olan uğurlarından bəhs edib.
Tədbirdə həmçinin AKF-nin Naxçıvan Muxtar Respublikasındakı rəsmi nümayəndəsi Nəriman Quliyev ictimaiyyətə təqdim olunub.
Sonra mükafatlandırma mərasimi keçirilib, idmançıları diplom, medal və hədiyyələr təltif olunub.
Oxşar xəbərlər
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Basketbol üzrə muxtar respublika birinciliyinin qalibi bəlli olub
Kikboksçular arasında muxtar respublika birinciliyinin qalibləri bəlli olub
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











