Şirvanda şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları başa çatıb
Şirvan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8, 10, 12, 14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.
Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, yarışın bağlanış mərasimində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edib, onlara növbəti yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Seçmə turnirlərdə Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib.
Müxtəlif yaş kateqoriyalarında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə), Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar), Zarina Mustafayeva (Gəncə) birinci yeri tutublar.
Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.


width="220" alt="Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu" />
width="220" alt="Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />