Azərbaycanlı dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"
Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb. Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmvətənlərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar.
“Sizinxeber.az” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) jurnalistlərə açıqlamasında deyib.
"Bu gün təkcə mənim yox, eləcə də komandanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ilk dəfə həm komanda hesabında çempion olduq, həm də xal hesabında digər ölkələri qabaqladıq. Mənim 4-cü dəfə dünya çempionu olmağım da güləş tarixində rekord nəticə sayılır. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", - E.Əzizli bildirib.
32 yaşlı idmançı məşqçi heyətinə xüsusi təşəkkürünü bildirib:
"İşin görünməyən tərəfi bizim məşqçilərdir. Həm klub, həm də yığma komandanın məşqçi heyətinə təşəkkür edirəm".
Qeyd edək ki, E.Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.
Oxşar xəbərlər
Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
U-23 dünya çempionatının qızıl medalçısı: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
