"Vüqar Həşimov" klubu Avropa Kubokunda İsveçrə təmsilçisi ilə qarşılaşacaq
“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda bu gün növbəti matçına çıxacaq.
“Sizinxeber.az”un məlumatına görə, Azərbaycan təmsilçisi IV turda İsveçrənin “Riksen” klubu ilə üz-üzə gələcək.
Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” kollektivlərinə (3,5:2,5) qalib gəlib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar. “Vüqar Həşimov” komandası 3 turdan sonra 4 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
Oxşar xəbərlər
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti görüşünü keçirib
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır
"Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirib
“Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
