Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
Azərbaycanın "Vüqar Həşimov" klubu Serbiyanın Vranyatske-Bane şəhərində davam edən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, təmsilçimiz ikinci turda İsveçin “Lunds” kollektivindən güclü olub - 3,5:2,5.
Azərbaycan qrossmeysterləri ötən gün yarışın ilk günündə Norveçin SOSS klubuna 5,5:0,5 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
Oxşar xəbərlər
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi üçüncü qələbəsini qazanıb
“Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
