Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidentini qəbul edib
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidentini qəbul edib


Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyeri qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüşdə Beynəlxalq Xizək Alpinizmi Federasiyası ilə əlaqələr, Azərbaycanda xizək alpinizminin inkişafı və gələn il ölkəmizdə keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq istiqamətində görülən işlər müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov da iştirak ediblər.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycanın Parisdəki Olimpiya Evində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər