Azərbaycanı Xorvatiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycanı Xorvatiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib


Azərbaycanı Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək bədii gimnastika üzrə “Aura Cup” beynəlxalq turnirində təmsil edəcək gimnastlar müəyyənləşib.

Gimnastika Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, turnirdə məşqçi Aysel Həsənovanın rəhbərliyi altında Sofiya Məmmədova (gənclər) və ⁠Nur Sadıqova (yeniyetmələr) iştirak edəcək.

Vəfa Bəkərova isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Aura Cup" oktyabrın 10-dan 13-nə qədər keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanı Balkan Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib
Azərbaycanı Dünya Seriyasının IV mərhələsində təmsil edəcək güləşçilər müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər