Azərbaycan güləşçisi: "Mən də öz ölkəmi olimpiadada təmsil etmək istəyirəm"
Hər idmançı kimi, mən də öz ölkəmi olimpiadada təmsil etmək istəyirəm.
Bunu "Report"a açıqlamasında Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (60 kq) deyib.
Millinin kapitanı, üçqat dünya və ikiqat Avropa çempionu olan pəhləvan Azərbaycan idmançılarının 2 gümüş, 1 bürünc medal qazandığı yarışın gələn ay keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını bildirib:
"Yaxşı, səviyyəli yarış oldu. Bir çox ölkələrin təmsilçiləri iştirak edirdilər. Öz çəkimdən yuxarı çəki dərəcəsində mübarizə aparırdım. Rəqiblərimə qarşı layiqli mübarizə apardım və finala vəsiqə qazandım. Təəssüf ki, həlledici qarşılaşmadan əvvəl qolumdakı köhnə zədə ağrımağa başladı. Məşqçilərim mundial öncəsi riskə getməməyimi məsləhət gördülər. Ülvi Qənizadə (72 kq) də zədəsi olduğu üçün final görüşünü buraxdı. Qarşıdakı dünya çempionatından sonra olimpiya çəkiləri müəyyənləşəcək. Hər idmançı kimi, mən də öz ölkəmi olimpiadada təmsil etmək istəyirəm".
Qeyd edək ki, Azərbaycan güləşçiləri oktyabrın 28-31-i aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yunan-Roma güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024-də gümüş medal qazanan güləşçi: Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













